Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan BƏƏ-də böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.
Taekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazandı