Məşhur amerikalı boksçu Rayan Qarsia X sosial şəbəkəsində (keçmiş Twitter) evinin naməlum şəxslər tərəfindən qarət edildiyi barədə məlumat verib. “Yaxşı ki, həmin vaxt evdə olmadıq. Allaha şükürlər olsun ki, məni qorudu. Mən səni sevirəm, Allahım, təşəkkür edirəm”, - deyə Qarsiya yazıb. O bildirib ki, cinayətkarların üzlərini görmək mümkün olmayıb. Müşahidə kameralarındakı videogörüntülər polis təhvil verilib.
“Yaxşı ki, həmin vaxt evdə olmadıq”