Paytaxtın ən güclü boksçuları müəyyənləşdi

Paytaxtın ən güclü boksçuları müəyyənləşdi


Noyabrın 18-23-də Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı çempionatı keçirilib. Yarışda 156 idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirdə Fərid Əliyev (49 kq, "Sədərək” İK), Sərxan Babayev (52 kq, "Qızıl əlcək” İK), Malik Muradov (56 kq, "Qızıl əlcək” İK), Şəhriyar Tağıyev (60 kq, "Qəbələ” İK), Elnur Əliyev (64 kq, "Rabitə” İK), Çingiz İslamov (69 kq, "Sərhədçi” İOM), Fəqan Hüseynov (75 kq, "Sədərək” İK), Elvin Qənbərov (81 kq, "Qəbələ” İK), Vüqar Kazımov (91 kq, DİN İC), Ağalar Sadıxzadə (+91 kq, "Sərhədçi” İOM) çempion adını qazanıblar.
Qeyd edək ki, Bakı çempionları - 17 yaşlı Fərid Əliyev və 18 yaşlı Çingiz İslamov yarışın ən gənc iştirakçısı olublar. Ən ağır çəkidə qalib gələn 32 yaşlı Ağalar Sadıqzadə isə, çempionatın ən yaşlı idmançısı kimi qeydə alınıb.