“Baku Fires” azarkeşlərini sevindirdi

“Baku Fires” azarkeşlərini sevindirdi



Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-ci turunun matçında Azərbaycanın "Baku Fires” klubu Meksikanın "Mexico Guerreros” komandasını qəbul edib. Hər iki komanda ilk turda məğlub olduğundan görüşün gərgin keçəcəyi gözlənilirdi. Ancaq meksikalılar komandamıza ciddi müqavimət göstərə bilməyiblər. "Baku Fires” rəqibini 5:0 hesabı ilə məğlub edib.

Turnir cədvəli:
1. "Cuba Domadores” - 6 xal, (2 matç)
2. "Astana Arlans”- 6, (2)
3. Rusiya - 4, (2)
4. "Baku Fires”- 3, (2)
5. "Mexico Guerreros” - 0, (2)
6. "Hussars Poland” - 0, (2)

Komandamız növbəti görüşünü dekabrın 6-da səfərdə "Hussars Poland” klubuna qarşı keçirəcək.