Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.
Jalə Əliyeva (57 kq) və Elis Manolova (65 kq) təsnifat mərhələsində müvafiq olaraq, macarıstanlı Erika Boqnar və yunanıstanlı Nikoleta Barmpa ilə qarşılaşacaqlar.
Birgül Soltanova (62 kq) isə 1/8 finalda norveçli Qreys Bulleni sınağa çəkəcək.
Bu gün həmçinin qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının iki üzvü qızıl medal görüşünə çıxacaq. Mariya Stadnik (50 kq) türkiyəli Evin Demirhanla, Alyona Kolesnik (59 kq) isə ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın əvvəlki günlərində mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar.