Əfsanəvi amerikalı qolfçu Tayqer Vuds böyük idmandan getmək istəmir. “Qolf mənim həyatımın mənasıdır. Hələ də mübarizə aparmağı, həyəcanın bir parçası olmasını istəyirəm. Aldığım zədə məni sarsıtmadı. Demək olar ki, sağalmışam. Amma bəzi problemlər hələ də qalmaqdadır. Bunun üçün vaxt lazımdır”, - deyə Vuds keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, Vuds 2023-cü ilin aprelindən bəri rəsmi PGA turnirində iştirak etməyib. 48 yaşlı Tayqer 2021-ci ilin fevralında avtomobil qəzasında yaralanıb. O, sağ topuq nahiyəsindən əməliyyat olunub.