“Şöhrət Zalı”nda yeni ad

“Şöhrət Zalı”nda yeni ad

Qarışıq döyüş sənəti üzrə braziliyalı Wanderlei Sezar da Silva UFC-nin “Şöhrət Zalı”na daxil ediləcək. Bu barədə qurumun mətbuat xidməti xəbər verib. Məlumat üçün bidirək ki, 47 yaşlı Silva Yaponiya və Amerikada yarışıb. Peşəkar döyüşçü kimi karyerasına 20 yaşında tayboksda ikiqat Braziliya çempionu olmaqla başlayıb. “Pride Middleweight” çempionu, Qran-Prinin qalibi olub. Keçirdiyi görüşlərdə 9 döyüşü nokautla başa vurub ki, bu da UFC, WEC, “Pride” və “Strikeforce” tarixində rekord göstəricidir. Ümumilikdə, Wanderlei Silva peşəkar karyerası ərzində 51 döyüş keçirib. Onun döyüşlərinin 35-i qələbə, 14-ü məğlubiyyət, bir döyüşü isə heç-heçə yekunlaşıb. Yalnız bir qarşılaşma etibarsız hesab edilib.