Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar və böyüklərdən ibarət həvəskar snoubordçular arasında yarış təşkil edilib.
Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirin keçirilməsində əsas məqsəd ölkədə snoubord idman növünü təbliğ etməkdən ibarət olub.
Tədbirdə öncədən qeydiyyatdan keçən 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən diplom və medallarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.