Azərbaycan döyüşçüləri MMA və qrapplinq üzrə "Oktaqon" liqasının 55-ci peşəkar turnirində uğurla çıxış ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Anar Əzizli (61 kq), Heydər Abdullayev (57 kq), Məhəmməd Abdullayev (+93 kq) və Heydər Qasımzadə (71 kq) öz görüşlərini qələbə ilə başa vurublar.
Qeyd edək ki, yarış Qazaxıstanın Almatı şəhərində təşkil olunub.