Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş voleybol üzrə məktəblilər arasında rayon turniri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda hər komandanın tərkibi 6 nəfər olmaqla 6 komandadan 36 idmançı mübarizə aparıb. Qələbə uğrunda gedən mübarizədə daha sanballı oyun göstərən Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi birinci yerə sahib çıxıb. Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta məktəbin komandası ikinci yerlər kifayətlənib. Üçüncü yerə isə Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin şagirdləri layiq görülüblər.
Qalib komandaya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kuboku, fəxri yerləri qazanan komandaların üzvlərinə isə diplom və medallar təqdim olunub.