Azərbaycanın 3 taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmiz Milad Beiqi Harçeqani (+80 kq), Zemfira Həsənzadə (49 kq) və Nigar Abdullayeva (57) ilə təmsil olunacaq. Kişilərdən ibarət yığmaya Məmməd Abdullayev, qadınlardan ibarət milliyə isə Sun Mi Park rəhbərlik edəcək. Bu gün Sofiyaya yollanan taekvondoçular martın 9-10-da qüvvələrini sınayacaqlar. Komanda ayın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan taekvondo millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.