Bu gün Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib.
Azərbaycanda bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq yarışda 11 ölkənin 60-dək idmançısı iki gün ərzində birincilik uğrunda mübarizə aparacaq.
Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar.
Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal və kuboklarla təltif olunacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.
Beynəlxalq turnir martın 10-da vertikal növ üzrə davam edəcək.
Şahdağda beynəlxalq xizək alpinizmi yarışı keçirilir