Fransalı xizəkçi Moris Manifika peşəkar karyerasını başa vuracağını açıqlayıb.
İdmançı bu barədə sosial şəbəkə hesabında bildirib. O, mövsümün sonunda bu idman növü ilə vidalaşacağını qeyd edib.
37 yaşlı idmançının son yarışı Norveçdə keçiriləcək Dünya Kuboku olacaq.
Qeyd edək ki, Moris Manifika dördqat Olimpiya mükafatçısı, dördqat dünya çempionu və Dünya Kubokunun qalibidir.