Basketbolda yeni turnir yaradılır

Basketbolda yeni turnir yaradılır

Milli Basketbol Assosiasiyası (NBA) və Beynəlxalq Basketbol Federasiyası (FIBA) yeni Avropa klub turnirinin yaradılmasını müzakirə edir. Bu barədə Sportico xəbər verir. Nəşr bunun sayəsində NBA-nın Avroliqa ilə rəqabət apara biləcəyini qeyd edir. Avropa və dünyanın digər regionlarından komandaların iştirakı ilə beynəlxalq yarışın keçirilməsi imkanının nəzərdən keçirildiyi də bildirilir.