Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunların təqvimi müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, matçlar üç fərqli gündə keçiriləcək.
XIII turun görüşündə autsayderlər “Bakı” və “Gənclər Birliyi” qarşılaşacaqlar. Oyun martın 14-də təşkil olunacaq.
Martın 16-da XIV turun bir matçı baş tutacaq. Lider “Qarabağ” ən yaxın izləyicilərindən olan “Azəryol”u sınağa çəkəcək. Bu qarşılaşma federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Martın 17-də isə XII turdan təxirə salınmış “Kür” - “İdman Akademiyası” matçı təşkil olunacaq. İlk iki oyun “AHF Arenda”, son qarşılaşma isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.