Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIV turun oyunlarının vaxtı müəyyənləşib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk olaraq martın 14-də çempionluğa iddialı olan “Azəryol” autsayderlər zonasında qərarlaşan “Dinamo”nu qəbul edəcək. Qarşılaşma saat 19:00-da “AHF Arena”da təşkil olunacaq.
Martın 17-də isə çempionatın liderləri qarşılaşacaq. 19 xalla turnir cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi olan və ondan cəmi 1 xal az toplayan “Bakı”nı qəbul edəcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. Paytaxt təmsilçisi bu oyunda qalib gələrsə, liderliyi ələ keçirəcək.