UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb. Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis müsahibəsində hakimlik məsələsinə də toxunub.
“Epizodlara baxdım. İngilis hakiminə yaraşmayan qırmızı kart oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdır”, - deyə,