Rusiyada terror xəbərdarlığı

Rusiyada terror xəbərdarlığı

Moskvada partlayış təhlükəsi ilə əlaqədar olaraq Crocus City Halldakı terror aktı qurbanlarının da müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib.

Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.

İnsanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.

Martın 23-də Moskva yaxınlığındakı İstra şəhər rayonunun rəhbəri Tatyana Vituşeva bildirib ki, Moskva vilayətinin sakinləri naməlum nömrələrdən “terror xarakterli” mesajlar alırlar.   / Oxu24.com