İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sayca 38-ci dəfədir keçirilən yarışda yığmamızın üzvü Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer alıb.
Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub.
Xatırladaq ki, Diana Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub.