Keçmiş ikiqat UFC çempionu Daniel Kormier özünü əfsanəvi basketbolçu Maykl Cordanla müqayisə edib.
Bildirib ki, o da Cordan kimi qolfla məşğul olur. “Cordan kimi olmaq asan deyil. O əfsanədir. Basketbolda əldə etdiyi nailiyyətləri qolfda da uğurla davam etdirir. Onun yanlnda qolfdan danışmaq gülünc olar. Mən Cordan ola bilərəm, lakin pulum və titullarım ona çatmaz”, - deyə “The Sports Rush” Kormierdən sitat gətirib.
Qeyd edək ki, Cordan “Çikaqo Bullz”da oynayarkən 1991-1993 və 1996-1998-ci illərdə olmaqla altı çempionluq titulunu qazanıb. O finalların hər birində “ən dəyərli oyunçu” kimi tanınıb. Basketbolçu Olimpiya Oyunlarında da iki qızıl medala laqyi görülüb.
Xatırladaq ki, Jordan 2003-cü ildə “Vaşinqton Uizards”da karyerasını bitirib.