Ağır çəki dərəcəsində keçmiş UFC çempionu Culianna Pena UFC rəhbərliyindən qadınlar üçün xüsusi kəmər təqdim etməyi tələb edib. “BMF kəmərinin yalnız kişilərdə olması məni əsəbiləşdirir. Mən bu kəməri istəyirəm. Bir gecədə iki kəmər mənim olmalıdır. Rakel Penninqtona, zədə səbəbindən geri çəkilərsə Kayla Harrisona qarşı döyüşmək istəyirəm. Bunun mümkünsüz olduğunu qəbul edə bilmərəm. Bəlkə, qadınları bu söhbətdən kənarda qoymayaq?!”, - deyə Culianna Penya sosial şəbəkə hesabında qeyd edib.
Xatırladaq ki, UFC 300-də Castin Getci Maks Hollouey ilə döyüşdə BMF titulunu qoruyacaq.