Basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hər iki oyun "Sərhədçi" İdman Mərkəzində təşkil olunub. Günün ilk oyununda "Gəncə" və "Şəki" komandaları üz-üzə gəlib.
Qarşılaşma "Gəncə" klubunun 85:78 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah"lap "NTD-İndiqo" komandaları qarşılaşıb. "NTD-İndiqo" oyunda 89:85 hesablı qələbə qazanaraq B qrupunu lider kimi tamamlayıb.
"Sabah"ın məğlub olmasından sonra "Sərhədçi" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal oyunları ("NTD-İndiqo" - "Xəzri", "Neftçi" - "Sərhədçi") aprelin 17-də keçiriləcək
"Sərhədçi" yarımfinala vəsiqə qazandı