Martın 30-da gənclər və idman naziri Fərid Qayıbov Bakı Olimpiya Stadionunda yerləşən "Olimpiya" klubunun üzvləri ilə görüşüb.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir burada fəaliyyət göstərən MMA, güləş və boks idman bölmələrinin fəaliyyəti ilə də maraqlanıb. Fərid Qayıbov həmçinin məşqçilər Gözəl Zutova və Yusif Əliyevlə fikir mübadiləsi aparıb, idmançılarla söhbət edib, onların hazırlıqları ilə maraqlanıb.