Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib.
"Olimpnews.az" "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib.
Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdakı göstəricidən 1,6% artıqdır.
Fevralın ortalarından bəri qızıl təxminən 14% bahalaşıb.
Qeyd edək ki, martın 21-də ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ildə dərəcələri azaltmaq niyyətində olduğunu bildirməsindən sonra qızıl qiymətləri son bir ay ərzində beşinci dəfə rekord həddə çatıb.