Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib. İlk yarış günündə gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayıb.
Təmsilçilərimizdən ilk olaraq Beka Kandelaki mübarizəyə başlayıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib. Rəqibinə qalib gələn (9:1) B.Kandelaki 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə Bolqarıstan təmsilçisi Georgi İvanovla qarşılaşıb. Görüşdən 9:0 hesablı qələbə ilə ayrılan idmançımız adını yarımfinala yazdırıb. O, Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.