Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib 

Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib 

Bakıda təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında keçirilən tədbir "Talant şou" rəqs qrupunun çıxışı ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev idmançılara uğurlar arzulayıb. O, bu cür yarışın ölkəmizdə keçirilməsinin müsbət addım olduğunu bildirib.
UWW-nin vitse-prezidenti Teodoros Hamakos isə yarışa ev sahibi etdiyi üçün Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayıb. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan, Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsindən yarışa qoşulub. Təmsilçilərimizdən yalnız Beka Kandelaki yarımfinala yüksəlib. 
Aprelin 7-dək davam edəcək turnirdə hər çəkidə finala çıxan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. 

​​