Basketbol Liqası: Lider "Sumqayıt" səfərindən əliboş qayıdır

Basketbol Liqası: Lider "Sumqayıt" səfərindən əliboş qayıdır

Aprelin 5-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun üçüncü oyunu keçirilib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Sumqayıt" yerli publika önündə çempionatın lideri "Xəzri" klubunu qəbul edib. Oyuna fəal başlayan "Sumqayıt" sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar. Ən məhsuldar basketbolçular: