Bakıda təşkil edilən Avropa Olimpiya Təsnifat turnirinin ikinci yarış günündə qadın güləşçilər mübarizəyə başlayacaqlar.
Turnirin ikinci günündə Azərbaycanın 5 idmançısı xalça üzərinə çıxacaq.
Dördqat Olimpiya mükafatçımız Mariya Stadnik (50 kq) 1/4 finaldan mübarizəyə başlayacaq. Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibibilə qarşılaşacaq.
Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə üz-üzə gələcək.
Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir.
Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək.
Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
Qadın güləşçilərimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayırlar