Qadın güləşçimiz lisenziya turnirində mübarizəni dayandırdı 

Qadın güləşçimiz lisenziya turnirində mübarizəni dayandırdı 

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci yarış gününə start verilib. Bu gün turnirdə qadın güləşçilər mübarizəyə başlayıblar. Turnirdə ilk olaraq 62 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanova qüvvəsini sınayıb. Təəssüf ki, idmançımızın çıxışı uğursuz alınıb. Belə ki, təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gələn qadın güləşçimiz rəqibinə 4:6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 
Bu gün daha dörd qadın güləşçimiz lisenziya turnirində mübarizə aparacaq. 
Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.