Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində daha iki qadın güləşçimiz mübarizəyə başlayıb. Təmsilçilərimizdən Elis Manolova (68 kq) təsnifat mərhələsində bolqarıstanlı Mimi Xristova ilə qarşılaşıb. Avropa çempionlarının mübarizəsində M.Xristova 4:2 hesabı ilə qalib gəlib. Bununla da E.Manolova finala yüksələ bilməyib.
Komandamızın digər üzvü Elnurə Məmmədova isə yarışda 53 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Mübarizəyə təsnifat mərhələsindən başlayan qadın güləşçimiz yarışla erkən vidalaşıb. E.Məmmədova Şimali Makedoniya təmsilçisi Veronika Ryabolovaya 5:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Birgül Soltanova (62 kq) turnirdə mübarizəni dayandırmışdı.
Daha iki qadın güləşçimiz lisenziya yarışında çıxışını başa vurdu