Avropa Olimpiya Təsnifat turniri: daha bir qadın güləşçimiz turnirlə vidalaşdı 

Avropa Olimpiya Təsnifat turniri: daha bir qadın güləşçimiz turnirlə vidalaşdı 

Avropa Olimpiya Təsnifat turnirində iştirak edən daha bir qadın güləşçimiz Jalə Əliyeva yarışla erkən vidalaşıb. 
57 kq çəki dərəcəsində qüvvəsini sınayan  idmançımız yarışa 1/4 finaldan başlayıb. 
İdmançımızın rəqibi Ukrayna təmsilçisi Alina Akobya olub. Təəssüf ki, rəqibinə 0:10 hesabı ilə uduzan J.Əliyeva turnirdə çıxışını başa vurub.
Xatırladaq ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Mariya Stadnik (50 kq) isə yarımfinala yüksəlib.
Avropa Təsnifatı turnirinə sabah sərbəst güləşçilərin yarışı ilə yekun vurulacaq.