Mariya Stadnik də Paris-2024-ə vəsiqə qazana bilmədi 

Mariya Stadnik də Paris-2024-ə vəsiqə qazana bilmədi 

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifatı turnirində mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik yarımfinal görüşünə çıxıb. 50 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız həlledici görüşə vəsiqə uğrunda ukraynalı Oksana Livaça ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə məğlub olan güləşcimiz Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib. 
Xatırladaq ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
Turnirə sabah sərbəst güləşçilərin yarışı ilə yekun vurulacaq.