Avropa Olimpiya Təsnifat turnri: Olimpiya mükafatçımız növbəti mərhələdə

Avropa Olimpiya Təsnifat turnri: Olimpiya mükafatçımız növbəti mərhələdə

Avropa Olimpiya Təsnifat turnirində çıxış edən sərbəst güləşçimiz Hacı Əliyev yarışa uğurla başlayıb. 65 kq çəki dərəcəsində qüvvəsini sınayan üçqat dünya və dördqat Avropa çempionumuz təsnifat mərhələsində fransalı Xamzat Arsamerzoyevlə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala vəsiqə qazanıb. Pəhləvanımız yarımfinala vəsiqə uğrunda Niurqun Skriabinlə (AİN) üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl mübarizəyə başlayan digər sərbəst güləşçimiz Osman Nurmaqomedov (86 kq) 1/8 finala vəsiqə qazanıb.