Gimnastika millimiz “Tallinn Open”də bürünc medal qazandı 

Gimnastika millimiz “Tallinn Open”də bürünc medal qazandı 

Estoniyada bədii gimnastika üzrə “Tallinn Open” beynəlxalq turniri keçirilir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən milli komandamız böyüklər və gənclər arasında bürünc medala sahib çıxıb. Komandamızın heyətində böyüklər - İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər - Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.