Daha bir sərbəst güləşçimiz lisenziya turnirinə qələbə ilə başladı 

Daha bir sərbəst güləşçimiz lisenziya turnirinə qələbə ilə başladı 

Avropa Olimpiya Təsnifat turnirində mübarizə aparan daha bir sərbəst güləşçimiz Əliabbas Rzazadə yarışa uğurla start verib. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan pəhləvanımız təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə qarşılaşıb. Avropa çempionumuz rəqibi üzərində 11:0 hesablı inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib. Güləşçimizin bu mərhələdəki rəqibi türkiyəli Süleyman Atlı olacaq.

Xatırladaq ki, sərbəst güləşçilərimizdən daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Hacı Əliyev (65 kq) isə 1/4 finala yüksəlib.

Daha bir sərbəst güləşçimiz lisenziya turnirinə qələbə ilə başladı