Turan Bayramov da lisenziya yarışına qələbə ilə başladı

Turan Bayramov da lisenziya yarışına qələbə ilə başladı

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Sonuncu yarış günündə daha bir sərbəst güləşçimiz mübarizəyə başlayıb. Komandamızın üzvlərindən Turan Bayramov 74 kq çəki dərəcəsində xalça üzərinə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan pəhləvanımız isveçrəli Tobias Portmanla qarşılaşıb. Güləşçimiz rəqibini 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl digər sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala vəsiqə əldə

Turan Bayramov da lisenziya yarışına qələbə ilə başladı