Avropa Olimpiya Təsnifat turniri: Güləşçimizdən növbəti qələbə 

Avropa Olimpiya Təsnifat turniri: Güləşçimizdən növbəti qələbə 

Avropa Olimpiya Təsnifat turnirində iştirak edən sərbəst güləşçimiz Osman Nurmaqomedov ikinci görüşünə çıxıb. 86 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finalda isveçrəli Samuel Şerrerlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn O.Nurmaqomedov adını 1/4 finala yazdırıb.

Xatırladaq ki, idmançımız ilk görüşdə litvalı Domantas Pavluçenkonu mübarizədən kənarlaşdırıb.