Hacı Əliyev Paris-2024-ə lisenziyanın bir addımlığında 

Hacı Əliyev Paris-2024-ə lisenziyanın bir addımlığında 

Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən sərbəst güləşçimiz Hacı Əliyev növbəti mərhələyə vəsiqə qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz 1/4 finalda Niurqun Skriabinə (AİN) qalib gəlib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Olimpiya mükafatçımız yarımfinala vəsiqə əldə edib. 

Xatırladaq ki, üçqat dünya və dördqat Avropa çempionumuz təsnifat mərhələsində fransalı Xamzat Arsamerzoyevi mübarizədən kənarlaşdırıb.