Daha bir güləşçimiz Paris Olimpiadasına lisenziya qazanmağa çox yaxındır

Daha bir güləşçimiz Paris Olimpiadasına lisenziya qazanmağa çox yaxındır

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində çıxış edən sərbəst güləşçimiz Əliabbas Rzazadə növbəti görüşünə çıxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb. Rəqibini 6:0 hesabı ilə məğlub edən pəhləvanımız yarımfinala vəsiqə qazanıb. İdmançımızın rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq. Güləşçimiz bu görüşdə qalib gələcəyi təqdirdə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xatırladaq ki, Ə.Rzazadə təsnifat mərhələsində italiyalı Simone Piroddu mübarizədən kənarlaşdırıb.

Daha bir güləşçimiz Paris Olimpiadasına lisenziya qazanmağa çox yaxındır