Paris-2024-ə yollanacaq 12-ci oyunçu da müəyyənləşib

Paris-2024-ə yollanacaq 12-ci oyunçu da müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında basketbol üzrə ABŞ yığma komandasının heyətində yer alacaq 12-ci oyunçunun da adı açıqlanıb. "Los Anceles Klippers"in oyunçusu Kavi Leonard komandası ilə birlikdə Fransaya yollanmaq imkanı əldə edib. Bu barədə jurnalist Çarlz Çaraniya X sosial şəbəkəsində "The Athletic" məlumatına istinadən məlumat verib.

Qeyd edək ki, dünən "olimpnews.az" saytında ABŞ-ı Paris-2024-də təmsil edəcək millinin ilk "11-liy"ini təqdim etmişdik. Heyətdə LeBron Ceyms, Kevin Dürant, Stephen Karri, Joel Embiid, Ceyson Tatum, Devin Buker və Jru Holidey, eləcə də Entoni Devis, Bam Adebayo, Entoni Edvards və Tires Halibarton kimi ulduzların adları qeyd olunmuşdu.

Xatırladaq ki, Fransa paytaxtında Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.