Norveçin şimalında sutkanın 24 deyil, 26 saat olmasını istəyirlər.
"Olimpnews.az" "Politico" nəşrinə istinadla bildirir ki, arktik regionun əhalisi ayrıca saat qurşağının yaradılmasına ehtiyac duyur. Vadso şəhər meriyası bununla bağlı Avropa Birliyi komissiyasına müraciət ünvanlayıb.
Sutkanın 2 saat artırılması nəyin hesabına mümkün ola bilər? Bu suala cavab verən səlahiyyətlilər bildirib ki, onlar bir saatın 60 dəqiqə deyil, məsələn 55 dəqiqə olmasını təklif edirlər. Bu cür hesablansa, sutkaya əlavə 2 saat da artırmış ola bilərlər.
Məqsəd insanların ailələrinə daha çox vaxt ayırmasına nail olmaq və regiondan köçmüş insanları geri qaytarmaqdır.
Norveçdə gün 26 saat olacaq?