Avstriya komandası üçün yubiley yeri Çin oldu – Formula 1

Avstriya komandası üçün yubiley yeri Çin oldu – Formula 1

Maks Ferstappenin Çin Qran Prisində təsnifata vəsiqə qazanması onun “Red Bull” komandası yubiley uğuru olub. Niderlandlı bununla Formula 1-dəki çıxışlarını 100-ə çatdırıb.

Məlumat üçün bildirək ki, “Red Bull” Formula 1-də 2005-ci ildən yarışır. 20 ildən az bir müddətdə Avstriya komandası 374 Qran Pridə iştirak edib. Onlar 116 qələbə (270 podium) qazanıb,100 poul mövqeyini qoruyub. Komanda altı dəfə (2010-2013, 2022-2023), komandanın pilotları isə fərdi çempionatda yeddi dəfə (2010-2013, 2021-2023) Konstruktorlar çempionatının qalibi olub. Bundan başqa “Red Bull” Formula 1 tarixində 100 seçmə qələbə qazanan altıncı komandadır. Onlar “Ferrari” (249), “McLaren” (156), “Mercedes” (130), “Williams” (128) və “Lotus”dan (107) geri qalırlar.

Qeyd edək ki, “Red Bull” hazırda 155 xalla çempionatın komanda cədvəlinə başçılıq edir.