“Dəmir Mayk”ın etirafları

“Dəmir Mayk”ın etirafları

Keçmiş amerikalı boksçu Mayk Tayson "Müzakirə edilməyən həqiqət: Mənim tərcümeyi-halım” kitabında rinqlərə çıxmazdan əvvəl narkotikdən istifadə etdiyini etiraf edib. Tayson bildirib ki, ilk dəfə 11 yaşında kokoinin dadına baxıb, spirtli içkini isə daha az yaşlarından istifadə etməyə başlayıb.
1987-1990-cu illərin mütləq dünya çempionu qeyd edib ki, 2004-cü ildə kokoinin təsiri altında britaniyalı idmançı Denni Uilyama uduzub. Tayson həm də tərcümeyi-halında britaniyalı Lenninkson Lyuisomu 2002-ci ildə mətbuat konfransında ayağından dişlədiyini yazıb. O, bunların hamısının narkotikə görə baş verdiyini deyib.
Bu günə qədər yaddaşlarda yaşayan tərəf müqabili Evander Holifildin qulağını dişləyərək bir parçasını qopartması epizodunu isə Tayson belə izah edib: "Rəqibim dayanmadan rinqdə başıma qadağan olunmuş zərbələr vururdu. Onu dayandırmalı idim”. Xatırladaq ki, Tayson 2000-ci ildə dopinq-test nəticəsində qanında narkotik aşkar olunduğundan 200 min dollar cərimə olunub.