Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq Türkiyə çempionatı keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, yarışda Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb. Bütün yaş kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycan komandası 2 medal qazanıb. Millimizin üzvü Əlimurad Hacızadə tək nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə üçüncü yerə sahib çıxıb.