Marafonçu yarışda 25 fərqli içkinin dadına baxıb 

Marafonçu yarışda 25 fərqli içkinin dadına baxıb 

Bir üzümçü Londonda keçirilən marafonda iştirak edərək, fərqli şərabların dadına baxıb. O, bu vasitə ilə xeyriyyə üçün 13 min funt sterlinqdən çox pul toplayıb. Tom Gilbey adlı iştirakçının  bu marafonda iştirakının səbəbi anasına qulluq edən Oksforddakı "Sobell House" hospitalına olan 2 min funt sterlinq toplamaq olub. Bu barədə o, "JustGiving" ianə platformasında məlumat verib.

Məlumat üçün bildirək ki, o marafona aprelin 21-də başlayıb. Müxtəlif şərabların dadına baxmaq və üzüm çeşidini, mənşə ölkəsini və içkinin üzümünü təxmin etmək üçün Tom uzun yol qət edib. O, ilk olaraq 9:30 radələrində ilk şərabdan dadıb. Müxtəlif içiklərdən 25 stəkan içərək bütün məsafəni 4 saat 41 dəqiqəyə qət edib. Onun videosu TikTok-da 3,2 milyondan çox insan izləyib. Bildirir ki, Gilbey pul toplama məqsədini keçdiyini öyrəndikdən sonra içkiləri tüpürüb, buna görədə o, sərxoşluğun qarşısını ala bilib. Sonda o, öz uğurunu bir stəkan şampan içməklə qeyd edib.