Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı 

Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Yarışların ikinci günündə tatami üzərinə çıxan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan cudoçumuz Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edən Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adına sahib çıxıb.  
Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı  Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı  Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı  Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı  Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı  Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu adını qazandı