Kişi həndbolçuların Azərbaycan çempionatında XIX turun oyunlarına Bakıda start verilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "AHF Arena”da keçirilən mərkəzi oyunda “Azəryol”la “Kür” üz-üzə gəlib.
Qarşılaşma “Kür”ün qələbəsi ilə başa çatıb - 31:22. Bu nəticə ilə xal ehtiyatını 28-ə çatdıran komanda çempionluq yolunda daha bir inamlı addım atıb.
Turun daha bir maraqlı qarşılaşması “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Paytaxt təmsilçisi rəqibini 30:23 hesabı ilə məğlub edib.
Aktivinə 26-cı xalı yazdıran “Bakı” komandası çempionluq uğrunda mübarizəni davam etdirir.