Basketbol Liqası: "Sabah" yarımfinalın ilk oyununda qələbə qazandı

Basketbol Liqası: "Sabah" yarımfinalın ilk oyununda qələbə qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Azərbaycan Basktebol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən oyunda "Sabah" komandası qələbə qazanıb -101:85. Bu komandalar arasında ikinci oyun mayın 10-da təşkil olunacaq. Əgər İki oyunun yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.