Qadın boksçularımız Qazaxıstandan 5 medalla döndülər

Qadın boksçularımız Qazaxıstandan 5 medalla döndülər


Qazaxıstanın Almatı şəhərində keçirilən əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Milli komandamız yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayeva final görüşündə qələbə qazanaraq birinci yerə layiq görülüb. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya məğlub olaraq gümüş medala sahib çıxıb. Digər qadın boksçularımız Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimərdanova (51 kq) turniri bürünc medalla başa vurublar.