Olimpiadaya lisenziya qazandığım üçün xoşbəxtəm. Nəticədən razıyam”.
Bu sözləri akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında 2-ci yeri tutaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
35 yaşlı idmançı bildirib ki, bu uğur əziyyətin, çox çalışmağın nəticəsidir: “Yarış çox çətin keçdi. Çünki hava küləkli idi. Bu, isə avarçəkənlərə mane olurdu”.
Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024-ə 18-ci lisenziyasıni Diana Dımçenko qazandırıb.
Diana Dımçenko: "Olimpiadaya lisenziya qazandığım üçün xoşbəxtəm"